Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 1 İyun

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 1 İyun
# 01 iyun 2016 18:15 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Neftin ucuzlaşması bazarların OPEK-in sabah keçiriləcək toplantısına reaksiyasıdır. Toplantıda neftin bahalaşmasını şərtləndirəcək hansısa qərarın qəbul gözlənilmir, üstəlik bu görüş OPEK-in gələcək statusuna da aydınlıq gətirmiş olacaq. Kartelə üzv ölkələr arasında ciddi siyasi problemlərin yaşanması OPEK-in imicinə ciddi xələl gətirib. Artıq bir çoxları OPEK-in bazarlarda əvvəlki gücə sahib olmadığını, qiymət diktə edən qurum statusunu çoxdan itirdiyini iddia edir. Buna səbəb təkcə karteldə söz sahibi olan Səudiyyə Ərəbistanı və İran arasında ixtilaflar deyil, həm də neft bazarında çoxlu yeni oyunçunun peyda olmasıdır. Bu oyunçular arasında ən önəmlisi ABŞ və Rusiyadır. ABŞ şist nefti inqilabı ilə enerji sektorunda söz sahibinə çevrilib, bazara əlavə həcm neft çıxarmaqla istənilən vaxt qiymətləri ucuzlaşdırmaq imkanına sahib olub. Rusiya isə gündəlik neft hasilatının həcminə görə faktiki olaraq Səudiyyə Ərəbistanını belə geridə qoyur. Bu isə bazarın inhisarlaşmasının qarşısını alır, OPEK-in enerji bazarında qiymətləri diktə etmək imkanlarını azaldır.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR