Prokuror qətldə və digər cinayətlərdə təqsirləndirilən şəxslərə cəza istəyib

Prokuror qətldə və digər cinayətlərdə təqsirləndirilən şəxslərə cəza istəyib
# 01 iyul 2016 10:05 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və digər cinayətlərdə təqsirləndirilən Radik Məmmədov və Nazim Zəkərəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək Radik Məmmədovun ömürlük, N. Zəkərəliyevin isə 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Proses iyulun 4-də davam edəcək.

Qeyd edək ki, oktyabrın 18-də Xaçmaz rayonunun Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb.

Hadisədən bir sonra Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də Ləcət kəndinin meşə zolağında qətlə yetirilənin Xudat şəhər sakini 1982-ci il təvəllüdlü Xeyirov Zamiq Namiq oğlu olduğu, qətlin Qusar rayon sakinləri Radik Məmmədov və Nazim Zəkərayev tərəfindən törədildiyi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR