Almaniyada daşqınlar nəticəsində 4 nəfər ölüb

Almaniyada daşqınlar  nəticəsində 4 nəfər ölüb
# 30 may 2016 22:38 (UTC +04:00)

Bakı-APA. Almaniyanın Baden-Vürtemberq federal torpağında daşqinlar nəticəsində 4 nəfər ölüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bölgədə bir neçə yaşayış məntəqəsi su altında qalib.

Braunsbax qəsəbəsində bir neçə ev qismən uçub. Bavariyada və Ansbax regionlarında yaşayış evlərini su basıb. Təbii fəlakət zonalarında xilasedici işlər davam etdirilir. Ölənlərin sayının artma ehtimalı var.

Sonuncu dəfə ölkədə güclü daşqınlar 2013-cü ildə qeydə alınıb. O zaman ölkənin şimal və şərq bölgələrindən on minlərlə insan təxliyə edilmişdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR