Zaxarova: “Atəşkəs üçün müraciət edən hər kəs fəxr etməlidir ki, münaqişənin sülh yolu ilə həllinə töhfə verib”

Zaxarova: “Atəşkəs üçün müraciət edən hər kəs fəxr etməlidir ki, münaqişənin sülh yolu ilə həllinə töhfə verib”
# 02 iyun 2016 16:31 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Mənə elə gəlir ki, münaqişənin sülh yolu ilə həllində maraqlı olan hər kəs atəşkəs üçün müraciət etməlidir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

“Aprel müharibəsi zamanı tərəflər atəşkəs haqda müraciətlə bağlı bir-birini ittiham edirlər. Əslində tərəflərdən hansı atəşkəs üçün müraciət etmişdi?” sualına cavabında M. Zaxarova deyib ki, atəşkəs üçün müraciət edən hər kəs fəxr etməlidir ki, münaqişənin sülh yolu ilə nizamlanmasına töhfə verib: “Məsələ ondadır ki, gücdən istifadəni dayandırmağa nail olundu. Hazırda hər şey sülh prosesinin inkişafına istiqamətlənib”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR