Bank Of Baku

İqtisad Universitetinin 600 min manatlıq dələduzluqda təqsirləndirilən sabiq əməkdaşına hökm oxunub

İqtisad Universitetinin 600 min manatlıq dələduzluqda təqsirləndirilən sabiq əməkdaşına hökm oxunub
# 11 iyun 2018 10:47 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Vəfa Osmanlının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V. Osmanlı 8 il müddətinə azadlıqdan məhrum edilib 
 
Qeyd edək ki, V. Osmanlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub. O, Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək, dollar mübadiləsi adı altında onların ümumilikdə 607 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.
 
V. Osmanlı Azərbaycan İqtisad Universitetində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR