Azərbaycan Hərbi Dəniz Qüvvələri “Xəzər kuboku-2015” yarışlarında yüksək səviyyədə iştirak edir - FOTO

Azərbaycan Hərbi Dəniz Qüvvələri “Xəzər kuboku-2015” yarışlarında yüksək səviyyədə iştirak edir - <span style="color: red;">FOTO
# 13 avqust 2015 07:30 (UTC +04:00)

APA-nın məlumatına görə, beynəlxalq müsabiqədə ölkəmizi Hərbi Dəniz Qüvvələrinin 2 ədəd gözətçi və 1 ədəd xilasedici yedək gəmisi təmsil edir.

“Xəzər Kuboku - 2015” yarışlarında iştirakla yanaşı hərbi dənizçilərimiz Mahaçqala şəhərində olduqları müddətdə digər ölkələrin gəmi ekipajları ilə qarşılıqlı görüşlər, ziyafətlər, mədəni-kütləvi və digər tədbirlər keçirir.

Yarışların birinci mərhələsində iştirakçı ölkələrin heyətlərinin artilleriya silahları ilə davranma və atış vərdişləri yoxlanılıb. Azərbaycan Hərbi Dəniz Qüvvələri, Qazaxıstan Hərbi Dəniz Qüvvələri və Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının heyətləri müxtəlif tapşırıqlar yerinə yetirib. Hava hədəflərinə atəş zamanı hər üç ölkənin iştirakçı komandası yüksək peşəkarlıq nümayiş etdirərək bu mərhələdə hava hədəflərini məhv edib. Ağır hidrometereoloji şəraitdə, küləkli havada üzən mina və maneələrlə atış zamanı da dənizçilərimiz yüksək döyüş hazırlığı nümayiş etdirib.

Birinci mərhələnin yekunlarına görə Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının kiçik raket gəmisi "Qrad Sviyajsk" birinci, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin raket-artilleriya gəmisi "Sarı Arka" ikinci, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gözətçi-patrul gəmisi "G-124" üçüncü yeri tutub.

İkinci mərhələdə heyətlərin dəniz vərdişləri yoxlanılıb. Turnirin 2-ci mərhələsinin şərtlərinə görə “Beynəlxalq Siqnallar Toplusu” üzrə verilən siqnalların qəbulu, açıqlanması, cavablarının hazırlanaraq digər gəmilərə ötürülməsi üzrə müsabiqədə Rusiya Federasiyasından və Qazaxıstandan olan həmkarlarını qabaqlayaraq 1-ci, gəminin serinq üsulu ilə təyin olunmuş nöqtəyə lövbərə qoyulması, təyin olunan kursun saxlanması müsabiqəsində isə ümumilikdə 29 bal toplayaraq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-124 gözətçi gəmisinin heyəti 2-ci yeri tutub. Bu mərhələdə Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının kiçik raket gəmisi "Qrad Sviyajsk" birinci, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gözətçi-patrul gəmisi "G-124" ikinci, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin raket-artilleriya gəmisi "Sarı Arka" üçüncü yeri tutub.

Rusiya Federasiyası Hərbi Dəniz Donanması Döyüş Hazırlığı İdarəsinin rəisi, “Beynəlxalq Xəzər Kuboku - 2015” müsabiqəsinin baş hakimi kontr-admiral Kaçemazov Viktor Nikolayeviç yarışların nəticələrindən danışarkən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin də iştirakını yüksək qiymətləndirib: “Yarışın baş hakimi olaraq heyətlərin əzmkarlığı və peşəkarlığı mənə böyük zövq verdi. Hər bir komanda özünü ən yaxşı tərəfdən göstərməyə çalışırdı. Bu yarışda Venesuella, Anqola, Çin və Hindistandan beynəlxalq müşahidəçilər də iştirak edirdilər. İnanıram ki, növbəti illərdə "Xəzər kuboku"nda iştirak etmək istəyən iştirakçıların sayı artacaq”.

Yarışlar avqustun 15-də başa çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR