Saday Şəkərlinin şikayəti üzrə məhkəmə başlayıb

Saday Şəkərlinin şikayəti üzrə məhkəmə başlayıb
# 05 iyul 2016 15:11 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində şair Saday Şəkərli barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Bu barədə APA-ya məlumat verən vəkil Bəhruz Bayramov bildirib ki, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. İclasda müdafiə tərəfindən prosesin qismən istintaqla aparılması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib. Prosesin baxış iclası iyulun 13-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apellyasiya şikayəti verilərək bəraət hökmünün çıxarılması istənilib.


O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.



S. Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR