Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutası manata qarşı möhkəmlənib

Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutası manata qarşı möhkəmlənib
# 08 iyun 2016 07:26 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dollar manata qarşı 0,2% möhkəmlənərək 1,5054 manat təşkil edib.

Avro da manata qarşı möhkəmlənib. Avrozonanın vahid valyutası manata nisbətən 0,36% bahalaşaraq 1,7124 manata çatıb.

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 1,75% möhkəmlənərək 0,0233 manat olub.

Türkiyə lirəsi də manata nisbətən güclənib. Belə ki, qardaş ölkənin milli valyutası 0,43% güclənərək 0,5195 manata çatıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1908 manatdır. Beləliklə, ötən günlə müqayisədə funt sterlinq manata qarşı 0,39%-lik artım nümayiş etdirib.

Gürcüstan larisi isə 1% bahalaşaraq 0,7101 manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR