Netanyahu Türkiyə ilə yaxınlaşmanın İsrail üçün müsbət iqtisadi nəticələri olacağını açıqlayıb

Netanyahu Türkiyə ilə yaxınlaşmanın İsrail üçün müsbət iqtisadi nəticələri olacağını açıqlayıb
# 27 iyun 2016 11:24 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İsraillə Türkiyə arasında yaxınlaşmanın İsrail üçün müsbət iqtisadi nəticələri olacaq.

APA-nın “Jerusalem Post”a istinadən verdiyi məlumata görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu ötən gün Romada ABŞ dövlət katibi Con Kerri ilə görüşündən sonra açıqlamasında bildirib.

O qeyd edib ki, Türkiyə-İsrail münasibətlərinə dair 6 ildən sonra elan edilən razılaşma çox vacibdir addımdır.

Xatırladaq ki, iyunun 25-də İsrail və Türkiyə 2010-ci ildə Qəzza zolağına gedən “Mavi Marmara” gəmisində olan 10 tük vətəndaşının öldürülməsi ilə bağlı pozulmuş münasibətləri normallaşdıraq barədə qərara gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR