Dövlət Xəzinədarlığı Agentliyinin direktor müavini PEMPAL Proqramının Xəzinədarlıq Cəmiyyətinin sədri seçilib

Dövlət Xəzinədarlığı Agentliyinin direktor müavini PEMPAL Proqramının Xəzinədarlıq Cəmiyyətinin sədri seçilib
# 25 sentyabr 2014 08:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanın Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktor müavini Vüqar Abdullayev Dünya Bankı tərəfindən təsis edilən və Mərkəzi Asiya və Şərqi Avropanın 22 ölkəsinin üzv olduğu PEMPAL Proqramının Xəzinədarlıq Cəmiyyətinin sədri seçilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, 2005-ci ildə təsis olunan PEMPAL proqramının məqsədi dövlət maliyyə idarəetməsi üzrə bilik və təcrübə mübadiləsi vasitəsilə maliyyə qurumlarının əməkdaşlarının ixtisasını artırmaqdır. PEMPAL proqramına üzv olan ölkələrin nümayəndələri, beynəlxalq ekspertlər mütəmadi olaraq əldə etdikləri müsbət təcrübəni bölüşür, fikir mübadiləsi aparırlar.

Proqram çərçivəsində keçirilən tədbirlər zamanı Maliyyə Nazirliyində son dövrdə aparılan islahatlar, həmçinin Xəzinədarlığın İnformasiya İdarəedilməsi Sistemi və FARABİ Sistemi (büdcə təşkilatları üçün mərkəzləşmiş mühasibat proqramı) çox yüksək qiymətləndirilib və böyük marağa səbəb olub.

Hazırda Dövlət Xəzinədarlığı Agentliyində büdcə təşkilatlarına göstərilən elektron xidmətlər genişləndirilir və Xəzinədarlığın İnformasiya İdarəetmə Portalı vasitəsilə sənəd dövriyyəsinin təşkili üzrə pilot layihələr uğurla başa çatdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR