Yeni tədris ilində inklüziv təhsilin tətbiq ediləcəyi məktəblərin sayı açıqlanıb

Yeni tədris ilində inklüziv təhsilin tətbiq ediləcəyi məktəblərin sayı açıqlanıb
# 06 iyun 2016 08:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikyaıl Cabbarov “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi üzrə pilot məktəblərin müəyyən edilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, məqsəd Təhsil Nazirliyi və BMT-nın Uşaq Fondu (UNİCEF) arasında 2014-cü il tarixində imzalanmış “2014-2015-ci illərə dair İllik Fəaliyyət Planı”na müvafiq olaraq əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrinə inklüziv təhsilə cəlb olunması üçün nəzərdə tutulan “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasının davamlılığını təmin etməkdir.

Əmrdə tapşırılıb ki, 2016-2017-ci tədris ilində inklüziv təhsilin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan dörd ümumtəhsil məktəbində tətbiqinə dair Fəaliyyət Planı təsdiq edilsin, Nərimanov rayonu 202 nömrəli tam orta məktəb, Nizami rayonu 220 nömrəli məktəb-lisey, Xətai rayonu 138 nömrəli orta məktəb, Sabunçu rayonu 252 nömrəli məktəb-lisey layihə üzrə pilot müəssisələr müəyyən olunsun.

Layihənin Fəaliyyət Planının icrası və koordinasiyası De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə tapşırılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (M.Vəliyeva) Bakı şəhər psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların pilot seçilmiş məktəblərə göndərilməsini və həmin məktəblərdə loqopedik xidmətin yaradılmasını təmin etməli, Əsaslı Tikinti və Təchizat İdarəsi müəssisələrin infrastrukturunun sağlamlıq imkanları məhdud uşaqlar üçün müyəssər olması ilə bağlı tədbirlər görməli, İnformasiya şöbəsi isə bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR