Avtovağzal ərazisindən Bakı Dairəvi-1 yoluna yeni çıxış məqsədilə tikilən yolda işlərin 80%-i başa çatdırılıb - VİDEO

Avtovağzal ərazisindən Bakı Dairəvi-1 yoluna yeni çıxış məqsədilə tikilən yolda işlərin 80%-i başa çatdırılıb - <span style="color: red;">VİDEO
# 17 aprel 2015 08:14 (UTC +04:00)

Bakı - APA-Economics. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Avtovağzal dairəsi adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirilməsi məqsədilə inşa edilən yeni yolda işlərin 80%-i yerinə yetirilib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, ümumi uzunluğu 1 070 metr olan yolda 445 metr uzunluğunda 15 aşırımdan ibarət estakada da inşa olunub. Hazırda estakada üzərində məhəccərlərin quraşdırılması, təkərqaytaranların monolit-betonla tökülməsi və asfalt-beton örtüyünün döşənməsinə hazırlıq işləri gedir.

Layihənin may ərzində istifadəyə verilməsi planlaşdırılır.

Sözügedən yol istifadəyə verildikdən Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri, habelə Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan sərhədi, Ələt-Astara-İran sərhədi və Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar Bakı-Sumqayıt yoluna daxil olmadan Respublika Stend Atıcılığı İdman Kompleksinə və Bakı Dairəvi-1 avtomobil yoluna maneəsiz çıxa biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR