Misirdə minaatanlardan açılan atəş nəticəsində 11 nəfər ölüb

Misirdə minaatanlardan açılan atəş nəticəsində 11 nəfər ölüb
# 09 aprel 2015 02:52 (UTC +04:00)

Bakı – APA. Misirdə Sinay yarımadasında minaatanlardan açılan atəş nəticəsində azı 11 nəfər ölüb, 6 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hərbi bazaya tuşlanan mərmilərin ikisi yarımadanın şimalındakı Şeyx Züveyd şəhərinin yaşayış məhəllələrinə düşüb.

Hazırda hadisə ilə bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, 2013-cü ildə prezident Məhəmməd Mursinin devrilməsindən sonra Misirdə güc strukturlarına qarşı müntəzəm olaraq hücumlar edilir və terror aktları törədilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR