AVRO-2016: Fransa 1/8 finala vəsiqə qazanıb

AVRO-2016: Fransa 1/8 finala vəsiqə qazanıb
# 15 iyun 2016 22:55 (UTC +04:00)

Bakı-APA. İyunun 15-də AVRO-2016 qrup mərhələsində II turun oyunlarına start verilib.

APA-ın məlumatına görə, günün son qarşılaşması Fransa və Albaniya (“A” qrupu) arasında olub.

Fransalılar rəqiblərini 2:0 hesabı ilə məğlub ediblər. Qolları matçın son dəqiqələrində Antuan Qrizman (90 dəq.) və Dmitri Paye (90+5) vurub.

Beləliklə, iki oyundan sonra 6 xal qazanan fransızlar vaxtından əvvəl turnirin növbəti mərhələsinə yüksəliblər.

Avropa çempionatı

Qrup mərhələsi, II tur

15 iyun

A qrupu

Fransa – Albaniya - 2:0

Qol: Qrizman, 90, Paye, 90+5

Komanda

O

Q

H

M

T/F

X

Fransa

2

2

0

0

4:1

6

İsveçrə

2

1

1

0

2:1

4

Rumıniya

2

0

1

1

2:3

1

Albaniya

2

0

0

2

0:3

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR