Səhiyyə Nazirliyində tibb işçilərinin peşə bayramına həsr edilmiş kollegiya iclası keçirilib

Səhiyyə Nazirliyində tibb işçilərinin peşə bayramına həsr edilmiş kollegiya iclası keçirilib
# 17 iyun 2016 15:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 17 iyun - tibb işçilərinin peşə bayramı münasibəti ilə səhiyyə naziri Oqtay Şirəliyev, Səhiyyə Nazirliyinin səlahiyyətli şəxsləri və respublikanın tanınmış tibb işçiləri Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edib. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, Heydər Əliyevin abidəsi və “Əbədi məşəl” kompleksi önünə əklil qoyulub.

Daha sonra Səhiyyə Nazirliyində tibb işçilərinin peşə bayramına həsr edilmiş Kollegiya iclası keçirilib. İclasda Bakı və digər şəhər və rayonlarda fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri, tanınmış elm və tibb elmi xadimləri iştirak edib.

Tibb işçilərini təbrik edən O.Şirəliyev qeyd edib ki, ölkədə səhiyyənin inkişafına, əhalinin sağlamlına böyük yer ayrılır: “Ölkə başçısı İlham Əliyevin fəaliyyətinin ilk günlərindən etibarən əhalinin sağlamlığının qorunmasını ölkənin prioritet vəzifəsi kimi müəyyən edib. Bir neçə il əvvələ nəzər salsaq, tibb müəssisələrində müayinə və müalicə üçün vacib olan avadanlıqlar yox vəziyyətində idi. Bakı şəhərinin ən iri klinikalarında yalnız süni tənəffüs avadanlıqları var idi. Lakin son bir neçə ildə 600-ə yaxın tibb müəssisəsi tikilib, təmir olunub və ən müasir avadanlıqlarla təchiz edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR