Sabah Azərbaycanda yağmursuz hava şəraiti proqnozlaşdırılır

Sabah Azərbaycanda yağmursuz hava şəraiti proqnozlaşdırılır
# 06 sentyabr 2015 10:43 (UTC +04:00)

Bakı-APA. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək, gecə 20-24, gündüz 29-34 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun hərarəti Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan və Şüvəlanda 25-26°, Türkan, Hövsan, Şıx və Sahildə 26-27° isti təşkil edəcək.

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR