Mübariz Qurbanlı: “Yas mərasimləri dinimizin tələblərinə uyğun olmalı, təmtəraq və israfçılığa yol verilməməlidir” - VİDEO

Mübariz Qurbanlı: “Yas mərasimləri dinimizin tələblərinə uyğun olmalı, təmtəraq və israfçılığa yol verilməməlidir” - <span style="color: red;">VİDEO
# 01 sentyabr 2014 09:41 (UTC +04:00)

APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O xatırladıb ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası 2009-cu ildə fətva verib və həmin fətvada yas mərasimlərində israfçılığa yol verilməməsinə dair çağırış edilib: “Yas mərasimlərində hədsiz təmtərağa, israfçılığa yol verilməməsi barədə Azərbaycan hakimiyyətinin, Dövlət Komitəsinin də tövsiyəsi var. Vətəndaşlarımız həm dinimizin tələblərini yerinə yetirməli, həm də bu istiqamətdə verilən tövsiyələrə əməl etməlidir. Bir çox rayonlarımızda yas mərasimlərində insanlarımız bu tövsiyələrə əməl etməkdədir. Bakı şəhərində də uzun müddətdir yas mərasimlərində xeyli dəyişiklik baş verib. Yəni bu gün Azərbaycanda bu məsələ ictimaiyyətin də, medianın da diqqət mərkəzindədir. Əminəm ki, ictimaiyyət və media bu yöndə sözünü deyəcək, təşviqat, təbliğat işi aparılacaq və biz yas mərasimlərimizi milli adət-ənənələrimizə uyğun, həm də hansısa israfçılığa yol vermədən keçirməyə nail ola biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR