“Yujnıy Kavkaz” almanaxının 3-cü sayının təqdimatı keçirilib - FOTO

“Yujnıy Kavkaz” almanaxının 3-cü sayının təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 05 aprel 2013 11:46 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Azərbaycan Yazıçılar Birliyində “Yujnıy Kavkaz” (Cənubi Qafqaz) almanaxının 3-cü sayının təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən almanaxın koordinatoru Elçin Hüseynbəyli bildirib ki, bu almanax müharibə mövzusuna həsr olunub. O əlavə edib ki, belə tədbirlərin keçirilməsi, onların media vasitəsilə işıqlandırması çox vacibdir və Cənubi Qafqaz məkanında mövcud olan münaqişə tərəflərinin bir-birini anlaması və yaxınlaşmasına yardımçı olur.

Qeyd edək ki, rus dilində nəşr olunan almanax Azərbaycan, Ermənistan, Gürcüstan, Cənubi Osetiya və Abxaziya yazarlarının əsərlərindən ibarət topludur. Kitab Avropa Birliyi və Böyük Britaniya hökumətinin dəstəyi və “İnternatinal Alert” təşkilatının maliyyə yardımı ilə nəşr olunur. “Yujnıy Kavkaz” almanaxının 3-cü sayında Qulu Ağsəs, Zahir Əzəmət və Rafael Tağızadənin şeirləri, Yaşar və Elçin Hüseynbəylinin hekayələri, Nigar Babayevanın rəsmi, Azərbaycanın mədəniyyət xadimlərinin müsahibələri də yer alıb. Almanaxla yanaşı, region yazarlarının internet portalı da fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR