Azərbaycan səfirliyi Budapeştdə xeyriyyə tədbiri keçirib

Azərbaycan səfirliyi Budapeştdə xeyriyyə tədbiri keçirib
# 16 iyun 2016 12:53 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Macarıstandakı səfirliyi Macarıstanla Azərbaycan arasında mədəni və iqtisadi əlaqələrin inkişafı üzrə beynəlxalq təşkilatla (HunAz) birlikdə Budapeştin Laslo Battyanu Roma katolik evində xeyriyyə tədbiri keçirib.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbir uşaq evi, uşaq bağçası və ibtidai məktəbi əhatə edən mərkəzin gözdən əlil və əqli cəhətdən zəif inkişaf etmiş uşaqlar üçün yeni təlim mərkəzi-yataqxana binasında baş tutub.

Qeyd edək ki, həmin bina Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib.

Xeyriyyə tədbiri zamanı HunAZ cəmiyyətinin prezidenti, azərbaycanlı iş adamı Nazim Ağamalıyevin məktəbə hədiyyə etdiyi 10 ədəd əlil arabası təqdim olunub. Xeyriyyə mərasimində Laslo Battyanu Roma katolik evinin direktoru Anna Feher, Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin nümayəndəsi Andor Suxa və Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev çıxış ediblər. Onlar xeyriyyə mərasiminin Azərbaycanla Macarıstan arasında inkişaf edən dostluq və əməkdaşlığın daha bir təzahürü kimi dəyərləndiriblər.

HunAz cəmiyyətinin yardımı ilə əlil uşaqlar üçün əyləncəli proqram və konsert təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR