Şəmkir rayon sakini zəhərlənib

Şəmkir rayon sakini zəhərlənib
# 20 iyun 2016 16:56 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkir rayon sakini kimyəvi maddədən zəhərlənib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Zəyəm qəsəbə sakini, 1974-cü il təvəllüdlü Habil Zalov kimyəvi maddə ilə kəskin zəhərlənmə əlaməti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiirlib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

H. Zalovun qəsəbədə olan istixanaların birində həşəratlar əleyhinə kimyəvi məhlul hazırlayarkən zəhərləndiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR