Səudiyyə Ərəbistanında ölüm cəzası almış qatil 32 il həbsdən sonra edam edilib

Səudiyyə Ərəbistanında ölüm cəzası almış qatil 32 il həbsdən sonra edam edilib
# 06 fevral 2013 00:23 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanın daxili işlər nazirliyi yanvarın 5-də məhbus Abdalla Qazi əş Şamarinin edam olunduğunu elan edib. Şamari 21 yaşında olarkən qətl törətdiyinə görə ölüm cəzasına məhkum edilib və o vaxtdan həbsdə 32 il hökmün həyata keçirilməsini gözləyib. APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu müddət ərzində ölüm hökmünün həyata keçirilməsi dövlətin nüfuzlu şəxslərinin, o cümlədən, kral ailəsinin müdaxiləsi səbəbindən 18 dəfə təxirə salınıb. Baxmayaraq ki, ölüm cəzası Səudiyyə Ərəbistanında adi haldır, Abdalla Qazi əş Şamarinin işi ölkədə geniş rezonansa səbəb olub. Minlərlə ölkə vətəndaşı sosial şəbəkələr vasitəsi ilə öldürülən şəxsin qohumlarına müraciət edərək qatili əfv etmələrini xahiş ediblər.

Lakin Səudiyyə Ərəbistanın cəmiyyətinin və dövlətin nüfuzlu şəxslərinin səylərinə baxmayaraq ölən şəxsin qohumlarını yola gətirmək mümkün olmayıb və 32 il həbsdən sonra qatil edam edilib.

Qeyd edək ki, cəllad ölüm hökmünü məhbusun boynunu vurmaqla həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR