Masazırda baş verən sürüşmə ilə əlaqədar Nazirlər Kabinetinə təqdim ediləcək təkliflər açıqlanıb

Masazırda baş verən sürüşmə ilə əlaqədar Nazirlər Kabinetinə təqdim ediləcək təkliflər açıqlanıb
# 27 mart 2013 11:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Masazırda baş verən sürüşmə ilə əlaqədar Nazirlər Kabinetinə təqdim ediləcək təkliflər açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov APA-ya açıqlamasında bildirib ki, təkliflərdə əsas 2 məsələ öz əksini tapacaq.

Onun sözlərinə görə, bu təkliflərə ərazidə kanalizasiya xəttinin çəkilməsi və məişət tullantılarının yamacdan kənarlaşdırılaraq istinad divarının genişləndirilməsi məsələsi daxildir: “İstinad divarı çəkilərək məişət tullantılarının çölə axıdılmasının qarşısı alınmalı və kanalizasiya xətti çəkilməlidir. Kanalizasiya xətləri çəkilənə qədər bu tədbirləri həyata keçirmək lazımdır ki, sürüşmənin sahəsi genişlənməsin. Əks halda, kanalizasiya xətti çəkilmədən sürüşmə zonası böyüyə-böyüyə gedəcək. Təkliflər gün ərzində Nazirlər Kabinetinə təqdim olunacaq”.

B.Qaralov qeyd edib ki, Masazır ərazisindəki sürüşmə zonasında aktivləşmə prosesi davam edir və ərazidə genişlənmə var: “Ötən günlə müqayisədə kəskin genişlənmə yoxdur. Amma müvafiq tədbirlər görülməlidir ki, genişlənmə dayandırılsın. Orada əsas kanalizasiya xətləri çəkilməlidir. Əhali əsasən şambalardan istifadə edir ki, bu da sürüşməni yaradan əsas səbəbdir. Ərazidə gözə çarpacaq genişlənmə var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR