Gəncədə ev yanıb - YENİLƏNİB - FOTO

Gəncədə ev yanıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO
# 29 mart 2013 08:36 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə Hissəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, yanğın bu gün saat 9 radələrində baş verib.

Şəhərin General Mehmandarov küçəsində, 20 saylı orta məktəbin yaxınlığında başlayan yanğının güclü olduğu nəzərə alınaraq, hadisə yerinə 4 yanğın söndürən avtomobil cəlb edilib.

Ümumi sahəsi 225 kvadratmetr olan 4 otaqlı evin 36 kvadratmetr olan bir otağı içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. İlkin ehtimala görə, yanğın hadisəsi elektrik naqillərində olan qısaqapanma nəticəsində baş verib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb.

***

saat 09.51

Gəncə. Azər Məmmədli – APA. Gəncədə yaşayış evində yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə Hissəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, yanğın bu gün saat 9 radələrində baş verib.

Şəhərin General Mehmandarov küçəsində, 20 saylı orta məktəbin yaxınlığında başlayan yanğının güclü olduğu nəzərə alınaraq, hadisə yerinə 4 yanğın söndürən avtomobil cəlb edilib.

Məlumata görə, hazırda yanğınsöndürənlər hadisə yerində alovu söndürməyə və qonşu evlərə keçməsinin qarşısını almağa çalışırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR