Elmira Süleymanova BQXK vitse-prezidenti ilə görüşdə Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması məsələsini qaldırıb

Elmira Süleymanova BQXK vitse-prezidenti ilə görüşdə Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması məsələsini qaldırıb
# 19 mart 2015 15:36 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova BMT İnsan Hüquqları Şurasının (İHŞ) Cenevrədə keçirilmiş 28-ci sessiyasında və BMT-nin Milli İnsan Hüquqları Təsisatlarının (MİHT) Beynəlxalq Koordinasiya Komitəsinin növbəti iclasında iştirak edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Süleymanova yazılı bəyanatla çıxış edərək insan hüquqlarının səmərəli müdafiəsi istiqamətində ölkədə aparılan islahatlarla yanaşı, Milli İnsan Hüquqları İnstitutu kimi, Ombudsman təsisatı tərəfindən hökumətə ünvanlanan tövsiyə və təkliflər barədə məlumat verib.

Ombudsman Beynəlxalq Koordinasiya Komitəsinin də iclasında iştirak edib.

E. Süleymanova səfər çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin Cenevrə şəhərində yerləşən baş iqamətgahında qurumun vitse-prezidenti Kristina Börli ilə də görüşüb. E. Süleymanova Kəlbəcərdə ermənilərin girov götürdüyü azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə bağlı ciddi narahatlığını ifadə edib. Müvəkkil girovların Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatı çərçivəsində, mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında və girovluqda olduqları müddətdə onların saxlanma şəraitinin, habelə onlara qarşı rəftarın müntəzəm olaraq nəzarətdə saxlanılmasında yardımçı olacağına inandığını ifadə edib.

Səfər çərçivəsində Müvəkkil həmçinin Beynəlxalq Koordinasiya Komitəsinin rəsmiləri ilə görüşlər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR