SOCAR-ın Türkiyədəki əsas aktivlərindən birinə əlavə 308 mln. dollar xərclənəcək

SOCAR-ın Türkiyədəki əsas aktivlərindən birinə əlavə 308 mln. dollar xərclənəcək
# 08 iyul 2016 10:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Üç ilə yaxındır tikintisi davam edən və bu ilin sentyabr ayında istismara verilməsi nəzərdə tutulan Petkim Konteyner Limanında ("Petlim") əlavə tikinti işlərinin aparılması planlaşdırılır.


"APA-Economics" Türkiyənin "Deniz" xəbər agentliyinə istinadən xəbər verir ki, bu layihə üçün əlavə olaraq 900 mln. türk lirəsi (təxminən 308 mln. dollar) xərclənəcək.

Bu vəsaitə yeni kiçik liman tikiləcək və bununla da Petlimin tutumu artırılacaq.

Qeyd edək ki, Petlim SOCAR-ın Türkiyədəki əsas aktivlərindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR