Angela Merkel: “Sanksiyalar Rusiyaya qarşı yeganə təzyiq vasitəsidir”

Angela Merkel: “Sanksiyalar Rusiyaya qarşı yeganə təzyiq vasitəsidir”
# 09 sentyabr 2014 11:10 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Sanksiyalar Rusiyaya qarşı yeganə təzyiq vasitəsidir.

APA - nın “Deutsche Welle”yə istinadən verdiyi məlumata görə, bunu Almaniya kansleri Angela Merkel “rbb-Inforadio”ya müsahibəsində deyib.

O qeyd edib ki, Rusiyanın Ukraynadakı münaqişədə bilavasitə iştirakı açıq-aydın görünür və bunu nəticəsiz qoymaq olmaz. Bununla yanaşı Almaniya kansleri bildirib ki, münaqişəni güc yolu ilə həll etmək mümkün deyil.

A. Merkel qeyd edib ki, Rusiyaya qarşı yeganə mümkün təsir vasitəsi sanksiyalardır: “Lakin sanksiyaları tətbiq edərkən qeyd olunmalıdır ki, vəziyyət dəyişən kimi cəza tədbirləri də ləğv olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR