DSX Akademiyasında akademik Zərifə Əliyevanın 90 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

DSX Akademiyasında akademik Zərifə Əliyevanın 90 illik yubileyi münasibətilə tədbir keçirilib - <span style="color: red;">FOTO
# 08 aprel 2013 13:41 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında oftalmoloq-alim Zərifə Əliyevanın 90 illik yubileyi münasibətilə tədbir keçirilib.


APA-nın məlumatına görə, DSX rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev giriş nitqində Z. Əliyevanı istedadlı alim, bacarıqlı pedaqoq, mehriban ana kimi xarakterizə edib.

Tədbirdə akademik Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzinin şöbə müdiri, tibb elmləri namizədi Aytən Sultanova, Milli Məclis deputatı Məlahət Həsənova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək Zərifə Əliyevanın həyatı və fəaliyyəti barədə geniş məlumat verib.

Konfransda çıxış edənlər qeyd ediblər ki, bütün yüksək elmi titullarına, uzun illər boyu cəmiyyətdə daşıdığı yüksək statusa baxmayaraq, Zərifə Əliyeva öz sadəliyini daim qoruyub. Tədbirdə qeyd edilib ki, 1947-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirən, Moskvada Oftalmologiya üzrə Həkimləri Təkmilləşdirmə Mərkəzi İnstitutunda təhsilini davam etdirən Zərifə Əliyevanın elmi tədqiqatlara olan sonsuz marağı onun Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarıb. Zərifə Əliyevanın 150-dən artıq elmi əsəri, 10 monoqrafiyası çapdan çıxıb, elm sahəsində 12 səmərəli təklif irəli sürüb.

Tədbirin sonunda rejissor Vaqif Mustafayevin Heydər Əliyev haqqında sənədli filmlər silsiləsindən “Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR