Azərbaycana yeni «Nissan Altima» avtomobili gətirilib

Azərbaycana yeni «Nissan Altima» avtomobili gətirilib
# 30 yanvar 2013 07:36 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Nissan» avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru olan «Nurgun Motors» şirkəti ölkəyə yeni «Nissan Altima» avtomobilini gətirib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yeni xarici görünüş alan «Altima», həmçinin yeni interyer, modernizə olunmuş transmissiya və mühərrik əldə edib. Yeni modelin dizaynı köhnə «Altima» ilə müqayisədə daha idmansayağıdır. Avtomobil yeni radiator barmaqlıqları, yeni optik sistem və bamperlə təchiz olunub.

Azərbaycan bazarında yeni «Nissan Altima» iki növ mühərriklə təqdim olunur. Bunlardan birinin həcmi 2,5 litr (182 at gücü), digərinin həcmi isə 3,5 litr (270 at gücü) təşkil edir. Ümumiyyətlə, avtomobil pərəstişkarlarına yeni «Altima» beş komplektasiyada təklif olunacaq ki, hazırda bunların yalnız 4-ü ölkəyə gətirilib. Əgər köhnə «Altima»nın qiyməti 21,9-25,9 min manat təşkil edirdisə, yeni modelin qiyməti kompelktasiyadan asılı olaraq 26,9-36,9 min manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR