Xoşbəxt Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasının “Elm və incəsənət cəngavəri” fəxri adına layiq görülüb

 Xoşbəxt Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasının “Elm və incəsənət cəngavəri” fəxri adına layiq görülüb
# 04 may 2015 15:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) “Elm və incəsənət cəngavəri” fəxri adına layiq görülüb.

Azərbaycan Milli Elmlər Akademiyasından APA-ya verilən xəbərə görə, Rəyasət Heyətinin iclasında AMEA prezidenti, akademik Akif Əlizadə “Elm və incəsənət cəngavəri” fəxri adı və döş nişanını alimə təqdim edib.

Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvü Elmira Ramazanovaya “Yer təkinin sistemli araşdırmaları” seksiyası üzrə RTEA-nın xarici üzvü diplomu təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR