Cəlilabadda qanvermə aksiyası keçirilib

Cəlilabadda qanvermə aksiyası keçirilib
# 01 iyun 2016 20:52 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabadda qanvermə aksiyası keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Cəlilabad Müalicə və Diaqnostika Mərkəzində reallaşan aksiyada rayonun icra strukturlarının və hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət idarələrinin kollektivləri iştirak edib.

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən aksiyada məqsəd qan azlığından əziyyət çəkən talessemiyalı uşaqların müalicəsinin aktivliyini artırmaqdan, qan ehtiyatının yaradılmasından ibarət olub.

Aksiya axşam saatlarına qədər davam edib. Toplanılan qan təyinatı üzrə istifadə edilməkdən ötrü Mərkəzi Qan Bankına göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR