Azərbaycan banklarından depozit axını davam edir

Azərbaycan banklarından depozit axını davam edir
# 07 sentyabr 2015 12:33 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2015-ci il avqustun 1-nə 18 213,6 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 655,5 mln. manat və ya 25,11% çoxdur. O cümlədən, iyun ayı ilə müqayisədə cari ilin iyul ayında depozitlərin həcmi 18 mln. manat və ya 0,1% azalıb.

Depozitlərin tərkibində 7 605,1 mln. manatı və ya 41,76%-i ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2014-cü ilin avqustun 1-nə nisbətən 6,651 mln. manat və ya 9,58% artıb.

Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi bu ilin avqustun 1-nə 10 608,4 mln. manata bərabərdir. Bu göstərici illik müqayisədə 2 990,3 mln. manat və ya 39,25% artıb.

Hüquqi şəxslərin depozitlərinin tərkibində 5 667,5 mln. manatı və ya 53,42%-i maliyyə təşkilatların depozitlərinin, 4 940,9 mln. manatı və ya 46,58%-i qeyri-maliyyə təşkilatların depozitlərinin payına düşür.

Yerli banklarda depozitlərin 4 879,7 milyonu manatla, 13 333,8 milyonu isə xarici valyutada yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR