Rusiyanın Stavropol diyarında mikroavtobusun qəzaya uğraması nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının kimliyi məlum olub - YENİLƏNİB - VİDEO

Rusiyanın Stavropol diyarında mikroavtobusun qəzaya uğraması nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 18 iyul 2014 11:44 (UTC +04:00)

Bu barədə APA-nın Rusiya bürosuna Ümumrusiya Azərbaycan Konqresinin Stavropol diyarı üzr regional bölməsinin rəhbəri Fəxrəddin Yarıyev məlumat verib.

F. Yarıyev bildirib ki, yaralılar mikroavtobusun sürücüsü və Azərbaycan vətəndaşı olan 5 nəfər sərnişini, eləcə də mikroavtobusla toqquşan “Jiquli”nin 2 sərnişinidir. Xəsarət alan Azərbaycan vətəndaşları aşağıdakılardır:

Əliquliyev Sərəddin Amir oğlu,

Qurbanova Urbiyyə Zülfüqar qızı,

Rüstəmli Əsədulla Bəhlul oğlu,

İbadlı Xamir Ehtiram oğlu,

Abışov Rəis Baloğlan oğlu.

Yaralılar Georgiyevsk Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

*** *** ***

13.47

Bakı. Anaxanım Hidayətova – APA. Rusiyanın Stavropol diyarı ərazisində baş verən yol-nəqliyyat hadisəsində Azərbaycan vətəndaşları xəsarət alıb. APA-nın “sevkavportal.ru” saytına istinadən verdiyi xəbərə görə, qəza bu gün səhər saat 06.00 radələrində Georgiyevsk rayonunun Obilnoye kəndi yaxınlığında, Koçubey-Zelenokumsk-Mineralnıye Vodı yolunda baş verib.

“Mercedes” markalı mikroavtobusun “VAZ 2113” markalı minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Xəsarət alanlardan 6 nəfəri mikroavtobusun sərnişinləri olub. Onların hamısı Azərbaycan vətəndaşıdır.

Rusiya DİN-in Stavropol diyarı üzrə Dövlət Avtomobil Müfəttişliyi İdarəsindən bildiriblər ki, Zelenokumskdan Georgiyevsk istiqamətinə hərəkət edən mikroavtobus naməlum səbəbdən yolun qarşı tərəfinə çıxıb və “VAZ 2113” avtomobili ilə toqquşub. Nəticədə “Jiquli”nin sürücüsü ölüb, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR