Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda məhkum ölüb.
APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.
Müəssisədə müalicə olunan məhkum, 1995-ci il təvəllüdlü Ruslan Murad oğlu Alıyev xəstəlikdən dünyasını dəyişib.
R. Alıyev zorlamada təqsirli bilinərək azadlıqdan məhrum edilib.
Nizami Rayon Prokurorluğundan APA-ya məhkumun ölüm faktını təsdiqləyiblər.