Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunda yeni yol ötürücüsü inşa edilir

Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunda yeni yol ötürücüsü inşa edilir
# 10 oktyabr 2014 07:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində yerləşən mövcud yol ötürücüsünə paralel yeni yol ötürücüsü inşa edilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin “APA-Economics”ə verilən məlumata görə,

Artıq üç aşırımlı yol ötürücüsündə svay işləri başa çatdırılıb.

Hazırda özülün armatur dəmir karkası yığılır. Bu işlərdən sonra betonlanma və dayaq gövdəsinin tikintisinə başlanılacaq. Eyni zamanda nəqliyyat vasitələrinin müxtəlif istiqamətlərə hərəkətini asanlaşdırmaq məqsədilə yeni qovşaq da salınacaq. Qabariti 20 metr, yerdən hündürlüyü 5 metrdən artıq nəzərdə tutulan yol ötürücüsü Bilgəh istiqamətindən gələn nəqliyyat vasitələrinin Bakı-Şamaxı-Yevlax avtomobil yoluna, mövcud yol ötürücüsü isə Bakı-Şamaxı-Yevlax avtomobil yolundan gələn nəqliyyat vasitələrinin Bilgəh istiqamətinə çıxışını təmin edəcək.

Qeyd edək ki, hazırda sözügedən yolda yerləşən mövcud yol ötürücüsü Xırdalan şəhərindən Bakı və Sumqayıt istiqamətinə gedən nəqliyyat vasitələrinin əsas magistralla müxtəlif səviyyəli kəsişməsini təmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR