Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanan ilk komandalar bəlli olub

Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanan ilk komandalar bəlli olub
# 25 avqust 2015 23:44 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, baş tutan 5 qarşılaşmadan sonra qrup mərhələsinə vəsiqə qazanan komandalar bəlli olub.

Qeydə alınan nəticələrdən sonra "Dinamo" (Xorvatiya), "Malmö" (İsveç), "Makkabi" (İsrail), "Şaxtyor" (Ukrayna) və "Valensiya" (İspaniya) qrupda oynamağa haqq qazanıblar.

Çempionlar Liqası, pley-off mərhələsi

"Dinamo" (Zaqreb, Xorvatiya) - “Skenderbeu” (Albaniya) - 4:1

Qollar: Sudani, 9, 80, Hodzic, 15, Taravel, 55 - Eskerdinya, 10

İlk oyun - 2:1

“Malmö” (İsveç) - “Seltik” (Şotlandiya) - 2:0

Qol: Rozenberq, 23, Boyata, 55 (öz qapısı)

İlk oyun - 2:3

“Makkabi” (Təl-Əviv, İsrail) - “Bazel” (İsveçrə) - 1:1

Qollar: Zehavi, 24 - Zuffi, 11

İlk oyun - 2:2

“Şaxtyor” (Ukrayna) - “Rapid” (Avstriya) - 2:2

Qollar: Marlos, 10, Qladki, 27 - Şaub, 13, Hoffman, 22

İlk oyun - 1:0

“Monako” (Fransa) - “Valensiya” (İspaniya) - 2:1

Qol: Raqqi, 17, Elderson, 75 - Neqredo, 4

İlk oyun - 1:3

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin son 5 oyunu avqustun 26-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR