Azərbaycan prezidenti Qəbələdə üzüm emalı zavodunun açılışında iştirak edib - FOTO

Azərbaycan prezidenti Qəbələdə üzüm emalı zavodunun açılışında iştirak edib - <span style="color: red;">FOTO
# 28 fevral 2013 15:43 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, dövlət başçısına məlumat verilib ki, zavodun tikintisinə 2010-cu ilin iyul ayında başlanıb. Obyektin layihəçisi “Sülaco” MMC, podratçısı “Aspi-Aqro” MMC-nin müşavirlik və mühəndislik müəssisəsidir.

Prezident İlham Əliyev müəssisəni işə salıb, istehsal prosesini izləyib.

Qeyd edilib ki, “Aspi Winery” üzüm emalı müəssisənin illik istehsal gücü 1000 tondur. Zavod İtaliyanın ən məşhur “DELLA TOFFOLA” şirkətinin avadanlığı ilə təchiz olunmuşdur. Hazırda burada 7 növ məhsul (“Chardonnary” , “Viognier”, “Syrah”, “Cabernet-Merlot”, “Limited- Release”, “Merlo-Desert”, “Reasling”) və konyak məhsulları, üzüm arağı “GRAPPA” da istehsal olunur. Gələcəkdə 11 növ məhsulun istehsalı planlaşdırılır.

Prezident müəssisədə bütün saxlama qaydalarına cavab verən şərab anbarına baxıb.

Müəssisədə muzey də fəaliyyət göstərir. Muzeydə “Qədim Qəbələ”, “Azərbaycanda qədim şərabçılıq” və “Şərabçılığın xronologiyası: XIX-XX əsrlər” posterləri, Qəbələdə arxeoloji qazıntılar zamanı aşkar olunan eksponatlar və elektron köşk var.

Bildirilib ki, zavodda ən müasir avadanlıqla təchiz edilən laboratoriya yaradılıb. İstehsal olunan məhsullar İngiltərədən alınan, MDB məkanında yalnız bu müəssisədə olan “FOSS” şirkətinin “WineScan FT” lazer analiz aparatı ilə yoxlanılır. Bu aparat kimyəvi preparatlarsız işləyir ki, bu da bir dəqiqəyə şərabın və ya üzüm şirəsinin 24 parametrini maksimal dəqiqliklə müəyyən etməyə imkan verir.

Məlumat verilib ki, “Aspi Winery” üzüm emalı müəssisəsi hazırda layihə gücünün 20-30-i həddində fəaliyyət göstərir. “Aspi-Aqro”ya məxsus 340 hektar üzüm sahəsində İtaliyadan gətirilən 22 şərab sortu, 14 süfrə sortu üzümləri əkilib. Həmin sahədə becərmə işləri ilə 200 nəfər mövsümi işlə təmin edilib.

Prezident dequstasiya otağı ilə də tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR