Azərbaycan yığması Dünya Kubokunda 7-ci yeri tutub

Azərbaycan yığması Dünya Kubokunda 7-ci yeri tutub
# 20 fevral 2013 11:21 (UTC +04:00)

Bakı – APA. Azərbaycan yığması İranın paytaxtı Tehranda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokunda çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, millimiz yarışı 7-ci yerdə tamamlayıb.

Turnirin ilk günündə Macarıstana qalib gəlib (7:0), Türkiyə (3:4) və İran (2:5) uduzan komandamız qrup mərhələsinin son qarşılaşmasında Qazaxıstanla qarşılaşıb.

Yığmamız üçün təsəlli xarakteri daşıyan qarşılaşma komandamızın 2:5 hesablı məğlubiyyəti ilə başa çatıb. Nəticədə güləşçilərimiz qrupda 4-cü yeri tutublar və reqlamentə əsasən A qrupunda onlarla eyni mövqedə qərarlaşan Belarusla üz-üzə gəliblər. Görüş isə yığmamızın 6:1 hesablı qələbəsi ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR