Paşha Bank
Bank Of Baku

Ömürlük həbs cəzası alan şəxsin apellyasiya şikayəti təmin edilməyib

Ömürlük həbs cəzası alan şəxsin apellyasiya şikayəti təmin edilməyib
# 05 aprel 2019 15:32 (UTC +04:00)

Şirvan Apellyasiya Məhkəməsində iki nəfərin qətlində təqsirləndirilən Nəsirov Rövşən Eyvaz oğlunun apellyasiya şikayətinə baxılıb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim  Kamil Bəşirovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Beyləqan rayon sakini, Rövşən Nəsirov 2018-ci il aprelin 3-də Beyləqan sakini, 1979-cu il təvəllüdlü Ramilə Əsədovanın yaşadığı mənzilə oğurluq məqsədilə girib. Bu zaman qadınla əlbəyaxa olan Rövşən Nəsirov onu çoxsaylı bıçaq zərbələri ilə öldürüb. Qadını öldürəndən sonra evdən pul və qızıl götürərək oranı tərk edib. İki gün sonra həbs edilən R.Nəsirovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun törətdiyi digər ağır cinayətin də üstü açılıb. Məlum olub ki, R.Nəsirov 2017-ci il oktyabr ayının 19-da həmyerlisi Kənan Məhərrəmovu da qətlə yetirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Nəsirov  ömürlük azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR