Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Salyanda vətəndaşları qəbul edəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Salyanda vətəndaşları qəbul edəcək
# 13 dekabr 2014 22:09 (UTC +04:00)

Salyan. Əlibəy Zeynall-APA. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Salyanda vətəndaş qəbulu keçirəcək.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov 19 dekabr 2014-cü il tarixində Salyan şəhərində Şirvan şəhəri, Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı və Cəbrayıldan olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaşların qəbulu saat 11:00-da Salyan şəhəri Heydər Əliyev mərkəzində keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar (komitənin[email protected]) elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: ƏMDK-in aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Şirvan ərazi idarəsi (Şirvan ş. M.Ə.Rəsulzadə küç.14) 02121 527 98; Salyan (02125) 50457, 50516; Neftçala (02126) 33921; Hacıqabul (02120) 44107; Sabirabad (02123) 56352; Saatlı (02128) 54658.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR