Rusiyada məmurların korrupsiya əməlləri barədə məlumat verən şəxslər dövlət tərəfindən müdafiə olunacaq

Rusiyada məmurların korrupsiya əməlləri barədə məlumat verən şəxslər dövlət tərəfindən müdafiə olunacaq
# 02 aprel 2013 11:25 (UTC +04:00)

APA-nın məlumatına görə, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun icrasına dair tədbirlər haqqında Fərman bu gündən qüvvəyə minib.

Prezident Administrasiyasının rəhbəri Sergey İvanov bildirib ki, korrupsiya faktları ilə bağlı anonim məlumatlar qəbul olunmayacaq. Xarici ölkələrdə malik olduqları mülkiyyəti gəlir bəyannaməsinə daxil etməyən məmurların işdən qovulacağını deyən İvanov bildirib ki, xarici ölkədə mülkiyyətə malik olmağa qadağa qoyulmur: “lakin məmur bu mülkiyyəti hansı vəsait hesabına aldığını bəyan etməlkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR