Avronest PA ölkələri arasında ildə bir dəfə enerji təhlükəsizliyi ilə bağlı seminarlar keçiriləcək

Avronest PA ölkələri arasında ildə bir dəfə enerji təhlükəsizliyi ilə bağlı seminarlar keçiriləcək
# 12 fevral 2013 14:23 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bakıda keçirilən Aronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin iclasında bir neçə qərar qəbul olunub. APA-nın məlumatına görə bu barədə iclasın yekunlarına hər olunan mətbuat konfransında komitənin həmsədri, Azərbaycan Milli Məclisinin deputatı Fuad Muradov bildirib.

O qeyd edib ki, qərarlar arasında ən mühümü ildə bir dəfə enerji təhlükəsizliyi ilə bağlı seminarların təşkili ilə bağlıdır: “Seminarlar Komitənin və Avropa PArlamentinin dəstəyi ilə keçiriləcək və burada komitənin iclaslarında müzakirə oluna bilməyən məsələlər müzakirə olunacaq”.

İclasda həmçinin Komitənin növbəti toplantısının Brüsseldə Avropa Parlamentinin binasında keçirilməsi barədə qərar qəbul olunub. Həmin toplantıda 2014-cü ilin iş planı təsdiq olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR