İraqda terror aktında ölənlərin sayı 20 nəfərə çatıb

İraqda terror aktında ölənlərin sayı 20 nəfərə çatıb
# 29 mart 2013 22:43 (UTC +04:00)

Bakı-APA. İraqın Bağdad və Kərkük şəhərlərində baş verən terror aktlarında həlak olanların sayı 20 nəfərə çatıb. Daha öncə 8 nəfərin həlak olduğu bildirilirdi.

Yaralıların sayı isə 90 nəfərə yaxındır.

APA-nın məlumatına görə, Bağdadda 3, Kərkükdə isə 1 partlayış baş verib. Bütün hallarda avtomobillərə qoyulmuş partlayıcılar işə düşüb. Terror aktlarına görə məsuliyyəti heç kəs üzərinə götürməyib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR