Pakistanda terror aktı nəticəsində 16 nəfər həlak olub

Pakistanda terror aktı nəticəsində 16 nəfər həlak olub
# 22 noyabr 2012 02:42 (UTC +04:00)

Bakı-APA. Pakistanın şimal-şərqində terrorçu-kamikadze özünü partladıb. Nəticədə 16 nəfər həlak olub, 32 nəfər isə yaralanıb.

Terror aktı ölkənin keçmiş paytaxtı Ravalpindi şəhərində şiə məscidinin yaxınlığında baş verib. Məscidin binası ciddi zədələnib.

Polisin məlumatına görə, hadisə yerində daha bir neçə partlayıcı qurğu aşkar edilib.

Hələlik heç bir terrorçu qruplaşma bu hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR