Məşhur “Skylife” jurnalında I Avropa Oyunlarına həsr olunmuş məqalə dərc edilib

Məşhur  “Skylife” jurnalında I Avropa Oyunlarına həsr olunmuş məqalə dərc edilib
# 08 iyun 2015 13:33 (UTC +04:00)

APA-nın məlumatına görə, “Avropanın qəlbi Bakıda” adlı yazıda ilk Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycan, paytaxt Bakı haqda məlumat verilib.

Yazıda qeyd olunur ki, klassik və modern üslubların qovuşması yalnız Bakının memarlığında deyil, çevik, hərəkətli və dinamik yaşam tərzində də sezilir.

“Bakı Şərq, Avropa və müasirliyin bənzərsiz birləşməsidir. İyunun 12-dən 28-dək isə bütün dünyanın gözü Avropanın şərqindəki bu paytaxta dikiləcək. Dərin köklərə malik ənənələri və keçmişi ilə qürur duyan azərbaycanlılar, eyni zamanda gələcəyə də inamla baxırlar. Bakının ən modern və cəlbedici arxitektur tikililərindən biri olan Heydər Əliyev Mərkəzinin dizaynının da fəlsəfəsi budur”, -deyə materialda qeyd olunur.

Məqalədə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin şərəfinə adlandırılan Mərkəzin elm, təhsil mədəniyyət, səhiyyə, idman və ekologiya sahələrində bir çox layihələrə dəstək verdiyi bildirilir. Həmçinin, burada Azərbaycan xalqının ümummilli liderinə həsr olunan Heydər Əliyev Muzeyi və müxtəlif sərgilərin fəaliyyət göstərdiyi qeyd olunur.

Oxuculara yarış müddətində Bakıda olduqları zaman paytaxtda baş çəkə biləcəkləri tarixi memarlıq abidələri, sərgilər və digər tədbirlər barədə məlumat da verilir.

Qeyd edək ki, 350 000 tirajla çap olunan “Skylife” jurnalı iyun ayı ərzində “Türk Hava Yolları” şirkətinə məxsus reyslərdə uçan 4 000 000-dan çox sərnişinə təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR