Ər-Riyad məsciddə törədilmiş partlayışın qurbanlarına 17 mln dollar məbləğində yardım ayırıb

Ər-Riyad  məsciddə törədilmiş partlayışın qurbanlarına 17 mln dollar məbləğində yardım ayırıb
# 02 iyun 2015 21:38 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli “Ər-Riyad” nəşri məlumat yayıb.

Səudiyyə Ərəbistanı hakimiyyəti ölkənin tarixində törədilmiş ən böyük terror aktı nəticəsində zərər çəkənlərə, ümumilikdə, 61,5 mln rial (17 mln dollar) kompensasiya ayırıb.

Partlayış nəticəsində xəsarət alan şəxslərə isə 0,5 mln rial (140 min dollarədək) yardım veriləcək.

Qeyd edək ki, mayən 22-də əhalisi şiə olan Əl Kodeyx şəhərinin məscidində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində 22 nəfər ölüb, 100-dən çoxu yaralanıb.

Terror aktına görə məsuliyyəti öz üzərinə İŞİD terror qruplaşması götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR