ABŞ-da təyyarə partlayış təhlükəsi ilə əlaqədar məcburi eniş edib

ABŞ-da təyyarə partlayış təhlükəsi ilə əlaqədar məcburi eniş edib
# 20 noyabr 2015 10:37 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ABŞ-ın “Spirit Airlines” şirkətinə məxsus A320 təyyarəsi partlayış təhlükəsi ilə əlaqədar məcburi eniş edib.

APA-nın məlumatına görə, bu barədə yerli “Miami Herald” məlumat yayıb. Bildirilir ki, təyyarə 92 sərnişini ilə Florida ştatındakı Fort-Loderdeyl hava limanına enib. Hava limanından Minneapolis şəhərinə uçmağı planlaşdıran təyyarə cəmi 15 dəqiqə havada qalıb. Yanğın xilasetmə komandasının mətbuat katibi Mayk Yaxles bildirib ki, hazırda təyyarə təhlükəsiz yerdə yoxlanılır. Lakin hələlik heç bir təhlükə aşkarlanmayıb. “Yəqin ki bu barədə sərnişinlərdən biri məlumat verib, lakin biz bu kimi müraciətləri ciddiyə almalıyıq”, - deyə o, söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR