Xarici mətbuat: Hər kəs Avropa Oyunlarının bağlanış mərasimində əsrarəngiz şou gözləyir

Xarici mətbuat: Hər kəs Avropa Oyunlarının bağlanış mərasimində əsrarəngiz şou gözləyir
# 27 iyun 2015 07:18 (UTC +04:00)

APA-nın “aroundtherings.com” saytına istinadən verdiyi məlumata görə, hazırda bütün diqqət Bakı Olimpiya Stadionuna yönəlib:

“Hər kəs açılış mərasimində olduğu kimi finalda da əsrarəngiz şou gözləyir”.

Məqalədə o da vurğulanır ki, bağlanış mərasimində böyük alov şousu nəzərdə tutulur: “Bu şounu 10 minlərlə insan canlı, 800 milyondan çox tamaşaçı isə efir vasitəsilə izləyəcək”.


Sayt Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova istinadən yazır ki, “Bakı 2015”ə ev sahibliyi etməklə, Azərbaycan dünya idman tarixində yeni səhifə açıb: “Bununla Azərbaycan həm də növbəti beynəlxalq idman yarışlarının başlanğıc meydanı olmaq imkanı qazanıb”.


“Avropa Oyunlarının bağlanış mərasimini təşkil etmək mənim üçün böyük şərəfdir. Bu, çox zövqvericidir, çünki bu tədbir ilk dəfədir keçirilir. Biz müasirliklə qədimiliyin sintezini ortaya qoymuşuq və bu çox maraqlı alınıb”, - deyə bağlanış mərasiminin bədii direktoru, 25 illik təcrübəyə malik olan Ceyms Hedli vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR