Əli Əhmədov Xaçmazda YAP-ın yerli fəalları ilə görüşüb - FOTO

Əli Əhmədov Xaçmazda YAP-ın yerli fəalları ilə görüşüb - <span style="color: red;">FOTO
# 14 mart 2013 11:02 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, millət vəkili Əli Əhmədov Xaçmazda partiyanın rayon fəalları ilə görüş keçirib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, tədbirdə çıxış edən Əli Əhmədov YAP-ın 20 ildə Azərbaycanın iqtisadi-sosial inkişafında mühüm xidmətləri olduğunu diqqətə çatdırıb. Əli Əhmədov isə çıxışında bu il keçiriləcək prezident seçkilərində YAP üzvlərinin üzərinə mühüm vəzifələrin düşdüyünü, onların hamısının yekdilliklə İlham Əliyevin namizədliyini dəstəklədiyini bildirib.

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev son 10 ildə Azərbaycanın prezident İlham Əliyev rəhbərliyi altında qazandığı uğurlardan danışıb.

YAP-ın Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev partiyanın rayon fəallarının prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəklərini vurğulayıb.

Qeyd edək ki, görüşdə millət vəkili Eldar İbrahimov da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR