Azərbaycan və Litva arasında əlaqələrin müxtəlif aspektləri ətraflı şəkildə müzakirə edilib.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, litvalı həmkarı ilə regional və beynəlxalq məsələlər ətrafında da ətraflı fikir mübadiləsi aparıb.
“Tarixən Azərbaycan-Litva münasibətləri qarşılıqlı hörmət və açıq siyasi dialoq əsasında inkişaf edib. Liderlər səviyyəsində siyasi dialoq da həmişə yüksək səviyyədə və müsbət olub”, - nazir qeyd edib.