Azərbaycan enerji istehsalını 6% artırıb

Azərbaycan enerji istehsalını 6% artırıb
# 06 iyul 2015 10:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyun ayında Azərbaycanın enerji sistemində 1,7 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.

"Azərenerji" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 6,25% çoxdur.

Bu ilin ötən 6 ayı ərzində isə 11,5 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 2,67% çoxdur.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR